• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dialoq alınmır, aksiyalar dayanmır

  • 23 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Təzyiqlərə və həbslərə baxmayaraq Ermənistan müxalifəti geri çəkilmir. Novator.az-ın məlumatına görə, paytaxt Yerevanda aprelin 23-də də yürüşlərin keçiriləcəyi, axşam isə Respublika meydanında mitinq olacağı bəyan edilib.

Aprelin 13-dən keçirilən, başqa şəhərlərə də sirayət edən davamlı etiraz aksiyalarında Serj Sərkisyanın hakimiyyətinin uzanmasına etiraz bildirilir. Aksiyalara parlamentdə 9 deputatla təmsil olunan müxalif “Çıxış” blokunun lideri, Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan başçılıq edib. Aprelin 22-də onun baş nazir Serj Sərkisyanla qısa görüşü olub. Müxalif lider baş nazirin istefası tələbində israr etdiyi üçün dialoq yarımçıq kəsilib. Həmin gün polis şəhərin mərkəzində nümayişçilərə qüvvə tətbiq edib, 300-ə yaxın aksiyaçı, o cümlədən Nikol Paşinyan, “Çıxış” blokundan deputatlar Ararat Mirzoyan, Sasun Mikaelyan tutulub. Ancaq yürüş-mitinqlərin qarşısını almaq mümkün olmayıb. Gecə saatlarına qədər Respublika meydanında mitinq keçirən müxaliflər aksiyaların davam etdirilməsinə çağırıblar.

Serj Sərkisyan 2008-ci ildən bu il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib. Ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb.

Nikol Paşinyan və tərəfdarları Serj Sərkisyanın baş nazir postundan istefa verməsini, hakim Respublika Partiyasının yox, xalqın namizədi olan başqa bir şəxsin hökumət başına gətirilməsini tələb edir.

42 yaşlı Nikol Paşinyan uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. 2009-2011-ci illərdə həbsdə yatıb. 2012-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresindən, 2017-ci ildə “Çıxış” blokundan deputat seçilib.

Təzə kabinet: kim getdi, kim gəldi, kim qaldı, kim...

  • 21 Aprel 2018
  • comments

Avro və başqaları ucuzlaşıb, dollar tərpənmir

  • 23 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda