• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyə qoşa seçkiyə gedir

  • 19 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə müttəfiqi Milliyyətçi Hərəkat Partiyası növbədənkənar seçkilər təşəbbüsü irəli sürüblər. Böyük Millət Məclisinə təqdim olunmuş qanun layihəsində prezident və parlament seçkilərini iyunun 24-də keçirmək istəyi yer alır.

Novator.az bildirir ki, ötən il aprelin 16-da keçirilmiş referendumda Türkiyə Konstitusiyasının 18 maddəsinə dəyişiklik edilib. Əsas yeniliyə əsasən, eyni vaxtda keçiriləcək növbəti prezident və parlament seçkilərindən sonra ölkənin idarə üsulu dəyişir: Nazirlər Kabineti, baş nazir postu ləğv edilir, prezident hökumət başçısı olub kabineti parlamentin hər hansı müdaxiləsi olmadan formalaşdırır. Hazırda parlament seçkisinin nəticəsinə əsasən formalaşan hökumət bu qurum qarşısında hesabatlıdır.

Növbəti prezident və parlament seçkisi 2019-cu il noyabrın 3-də olmalı idi. Aprelin 18-i Ədalət və İnkişaf Partiyasının sədri, prezident Rəcəb Teyyub Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının görüşündə seçkiləri bu il iyunun 24-nə çəkmək razılaşdırılıb. Qoşa seçkiyə Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası bir koalisiyada qatılacaq.

Türkiyə parlamentində bu iki partiya ilə yanaşı Cümhuriyyət Xalq Partiyası, Xalqların Demokratik Partiyası da təmsil olunur.

Ədalət və İnkişaf Partiyası 2002-ci ildən bəri təkbaşına hakimiyyətdədir. Partiyanın lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub. 28 avqust 2014-cü ildən prezidentdir.

Düşmənin yaraladığı kənd sakininin vəziyyəti necəd...

  • 18 Aprel 2018
  • comments

Hökumət qurulur, aksiyalar isə səngimir

  • 19 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Yaxın ölkələrlə ticarət

GLOBALS:0
comments
Xəbər

Gəlir 26 milyard, xərc 23 milyard manatı ötür

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı nə qədər artıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-ın Qəzza planı: GREAT

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yaxın ölkələrlə ticarət

Son materiallar

comments
Xəbər

Yaxın ölkələrlə ticarət

GLOBALS:0
comments
Xəbər

Gəlir 26 milyard, xərc 23 milyard manatı ötür

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda