• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Düşmənin yaraladığı kənd sakininin vəziyyəti necədir?

  • 18 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ağcabədi rayonunun qoşunların təmas xəttinin yaxınlığında yerləşən Yuxarı Qiyaməddinli kəndinin sakinləri təsərrüfat işləri ilə məşğul ola bilmirlər. Əsas qazancı əkin-biçindən və heyvandarlıqdan olan kənd camaatının sözlərinə görə, hər il yaz vaxtı, əkin-biçinin qızğın çağında erməni silahlıları onları hədəf alır, sahələrə çıxmağa imkan vermirlər. Aprelin 18-də baş verən hadisə də bunu təsdiqləyir. Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb. Bu, düşmənin dinc sakinləri hədəfə aldığını bir daha göstərir.

AZƏRTAC-ın bölgə müxbiri Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında olub, yaralı kənd sakininin vəziyyəti ilə maraqlanıb.

Rahim Hacıyevın əmisi Natiq Hacıyev bildirib ki, qardaşı oğlu özünün pay torpağında işləyərkən, mal-qarasını otararkən erməni hərbçilərin atəşinə məruz qalıb: “Rahimin yaralandığını eşitdikdən sonra tez ora yollandım. Onu maşınımla rayon mərkəzi xəstəxanasına gətirdim. Xəstəxanada həkimlərin səyi nəticəsində qardaşım oğlunun həyatı xilas olundu, indi tibb işçilərinin nəzarəti altındadır. Bu, kəndimizdə yaşanan birinci belə hadisə deyil. Erməni hərbçiləri tez-tez bizi hədəf alır, təsərrüfat işləri ilə məşğul olmağa imkan vermirlər. Buna baxmayaraq, biz öz ordumuza güvənərək, doğma torpağımızda yaşayırıq”.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vaqif Bağırov bildirib ki, güllə yarası ilə xəstəxanaya çatdırılan Rahim Hacıyev müayinələrdən keçirilib, analizlər götürülüb: “Xəstə təcili əməliyyat olundu. Müayinə zamanı aşkarlandı ki, güllə xəstənin sağ tərəfdən döş qəfəsindən daxilə keçib. Güllənin 12-ci döş fəqərəsi ilə 1-ci bel fəqərəsi arasında olduğu müəyyən edildi. Güllə döş və qarın aortasının arxa səthində, onurğanın ön səthində sümüyə sirayət edib. Vacib orqanların əhatəsində olduğu üçün gülləni çıxarmaq mümkün olmadı. Cərrahiyyə əməliyyatı zamanı içəri sirayət etmiş qan təmizləndi, ağ ciyərin aşağı hissəsi təmizlənərək tikildi və ağ ciyərin germetikliyi təmin edildi. Hazırda xəstə reanimasiya şöbəsindədir və vəziyyəti ağır qiymətləndirilir”.







Neft Fondunun gəlir-çıxarı

  • 18 Aprel 2018
  • comments

Türkiyə qoşa seçkiyə gedir

  • 19 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Bölgə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda