• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yerevanda gərginlik daha da artıb

  • 17 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Aprelin 17-si Ermənistanın paytaxtı Yerevanda gərginlik daha da artıb. Novator.az-ın məlumatına görə, sabiq prezident Serj Sərkisyanı baş nazir postuna gətirmək niyyətinə qarşı çıxan aksiyaçılar şəhərin mərkəzi yollarını bağlayıb. Aksiyalara başçılıq edən Vətəndaş Sazişi Partiyasının sədri, parlamentdə 9 deputatla təmsil olunan “Çıxış” blokunun lideri Nikol Paşinyan vətəndaşları kütləvi itaətsizliyə, bütün dövlət idarələrini mühasirəyə almağa çağırıb. Polisin xəbərdarlıqlarına baxmayaraq aksiyaçılar tutduqları əraziləri boşaltmaqdan imtina edir.

42 yaşlı Nikol Paşinyan martın 31-dən Gümrü şəhərindən yürüşə başlayıb, Spitak, Dilican, Sevan və Razdan şəhərlərindən keçməklə Yerevana çatıb. Aprelin 13-də Yerevanın Fransa meydanında fasiləsiz mitinq başlayıb.

Aprelin 16-da “Çıxış” blokunun çağırışı ilə küçələrə axışan aksiyaçılar mərkəzi yolları kəsiblər. Nəqliyyatın hərəkəti iflic olub. Axşama doğru parlament binasına yürüş etmək istəyən aksiyaçılarla polisin toqquşmaları qeydə alınıb. 46 nəfər, o cümlədən Nikol Paşinyan xəsarət alıb.

Hakim Ermənistan Respublika Partiyasının və onun hökumət ortağı olan Daşnaksütun Partiyasının parlament fraksiyaları aprelin 16-da Serj Sərkisyanı baş nazir postuna namizəd irəli sürüb.

Respublika Partiyasına sədrlik edən Serj Sərkisyan 2008-ci ildən Ermənistan prezidenti olub. Bu il aprelin 9-da onun prezident səlahiyyəti sona çatıb. Həmin gün prezident səlahiyyətlərinin icrasına başlayan Armen Sərkisyan Karen Karapetyanın baş nazir olduğu hökumətin istefasını qəbul edib. Ölkə tam parlament idarə üsuluna keçdiyi üçün yeni baş naziri aprelin 17-də Milli Məclis seçəcək. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Respublika Partiyasının 58, Daşnaksütun Partiyasının 7 mandatı var.

Parlamentin seçdiyi baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır.

Aprelin 9-da tam qüvvəyə minmiş yeni konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır, dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirir.

Ramiz Mehdiyev İlham Əliyevdən nə yazır?

  • 17 Aprel 2018
  • comments

İqtisadiyyatda 2,3 faizlik artım var

  • 17 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda