• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Fikrət Hüseynli canını qurtardı

  • 17 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Jurnalist Fikrət Hüseynli aprelin 17-də Ukrayna ərazisini tərk edib. O, hazırda Niderlanddadır.

Məlumatı Fikrət Hüseynlinin əməkdaşı olduğu “Turan TV”nin rəhbəri Qənimət Zahidov “Facebook” səhifəsində yayıb.

41 yaşlı Fikrət Hüseynli vaxtilə “Azadlıq” qəzetinin əməkdaşı olub. Son vaxtlar isə xaricdən yaylan “Turan TV” ilə əməkdaşlıq edir.

2008-ci ilin əvvəlində Azərbaycanı tərk edən Fikrət Hüseynli 10 ildir Niderland Krallığında yaşayır. 2014-cü ildən bu ölkənin vətəndaşıdır.

Bakıda Fikrət Hüseynliyə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və dələduzluq ittihamları ilə cinayət işi açılıb. Bir neçə il qabaq başlanan bu cinayət işi ilə əlaqədar Fikrət Hüseynli axtarışa verilib.

2017-ci il oktyabrın 14-də Fikrət Hüseynli Azərbaycanın İnterpola verdiyi sorğu əsasında Kiyevin Borispol hava limanında saxlanıb. Oktyabrın 17-də Borispol Rayon Məhkəməsi onun barəsində 18 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Oktyabrın 27-də isə məhkəmə Fikrət Hüseynlinin Azərbaycana ekstradisiya olunmasına dair Kiyev Vilayət Prokurorluğunun vəsatətini rədd edərək jurnalisti zaminə buraxıb.

Kiyev prokurorluğu onun zamində olması ilə razılaşmayıb və buna görə də məhkəmənin oktyabrın 27-də çıxardığı qərardan protest verib.

Kiyev Apellyasiya Məhkəməsi 2018-ci ilin yanvarında bir neçə dəfə işi prokurorluğa qaytarıb protetsdən imtina olunmasını tövsiyə edib. Lakin prokurorluq iddiasından əl çəkməyib.

Fevralın 13-də Kiyev Apellyasiya Məhkəməsi prokurorluğun jurnalistlə bağlı verdiyi protetsi qəbul etməyib və işin bağlanması barədə qərar çıxarıb.

Lakin prokurorluq jurnalistin sənədlərinin ekstradisiya ilə bağlı yoxlandığını bildirərək Fikrət Hüseynlinin pasportunun qaytarılmasını uzadıb. Nəticədə jurnalistin Ukraynanı tərk etməsi prosesi də uzanıb. Nəhayət, aprelin 2-də məhkəmə Kiyev Vilayət Prokurorluğunun yoxlamaya son verməsi və pasportun jurnalistə qaytarılması barədə qərar qəbul edib.

Fikrət Hüseynlinin ukraynalı vəkili Dmitro Mazurok “Amerikanın səsi”nə deyib ki, prokurorluq məhkəmənin qərarını iki həftə sonra yerinə yetirərək pasportu jurnalistə qaytarıb. Pasportunu alan kimi Fikrət Hüseynli məhkəmənin icazəsi əsasında Ukrayna ərazisini tərk edib.

İsa Qəmbərin müalicəsi davam edir

  • 17 Aprel 2018
  • comments

Serj Sərkisyan baş nazir seçildi

  • 17 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda