• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yerevanda gərginlik

  • 16 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Aprelin 16-sı Ermənistanın paytaxtı Yerevanda gərginlik artıb. Müxalif “Çıxış” blokunun çağırışı ilə küçələrə axışan aksiyaçılar mərkəzi yolları kəsiblər. Şəhərdə böyük tıxaclar yaranıb. Bəzi nöqtələrdə polislə toqquşmalar olub.

Müxalifət aprelin 13-dən paytaxtın Fransa meydanında fasiləsiz mitinq keçirir. Aksiyanın təşəbbüskarı “Çıxış” blokudur. Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyanın liderlik etdiyi blok sabiq prezident Serj Sərkisyanı baş nazir postuna gətirmək planını pozmağa çalışır.

Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyəti sona çatıb. Həmin gün prezident səlahiyyətlərinin icrasına başlayan Armen Sərkisyan Karen Karapetyanın baş nazir olduğu hökumətin istefasını qəbul edib. Ölkə tam parlament idarə üsuluna keçdiyi üçün yeni baş naziri aprelin 17-də Milli Məclis seçəcək. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyasının 58, onun hökumət ortağı olan Daşnaksütun Partiyasının 7 mandatı var. Sarukyan bloku parlamentdə 31, “Çıxış” bloku 9 mandatla təmsil olunur.

Respublika Partiyasının İcra Orqanı və Şurası baş nazir postuna Serj Sərkisyanı namizəd göstərib. Aprelin 16-da partiyanın parlament fraksiyası Serj Sərkisyanın namizədliyini rəsmiləşdirməlidir. Daşnaksütun Partiyası Serj Sərkisyana dəstək verəcəyini bəyan edib.

Parlamentin seçdiyi baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır.

Aprelin 9-da tam qüvvəyə minmiş yeni konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır, dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirir.

63 yaşlı Serj Sərkisyan Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.

1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.

2008 və 2013-cü illərdə prezident seçilib.

2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir.

Avropadan demokratiya mesajları

  • 16 Aprel 2018
  • comments

Arizona ştatının Senatı Azərbaycana dəstək verdi

  • 16 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda