• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paytaxt qaynayır

  • 16 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Novator.az Ermənistanın paytaxtı Yerevandan 16 aprel fotolarını təqdim edir.

Aprelin 16-da müxalif “Çıxış” blokunun çağırışı ilə küçələrə axışan aksiyaçılar mərkəzi yolları kəsiblər. Nəqliyyatın hərəkəti iflic olub.

Aksiyaçılar metroda da hərəkəti dayandırmağa cəhd göstəriblər.

Blokun lideri, Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan bir qrup aksiyaçı ilə Yerevan Dövlət Pedaqoji Universitetinin binasına daxil olaraq tələbələri tətilə çağırıb.

Müxalifət aprelin 13-dən Yerevanın mərkəzində fasiləsiz mitinq keçirir. “Çıxış” bloku sabiq prezident Serj Sərkisyanı baş nazir postuna gətirmək planını pozmağa çalışır.

Hakim Ermənistan Respublika Partiyasının və onun hökumət ortağı olan Daşnaksütun Partiyasının parlament fraksiyaları aprelin 16-da Serj Sərkisyanı baş nazir postuna namizəd irəli sürüb.

Serj Sərkisyan 1993-cü ildən Ermənistanın müdafiə naziri olub. 1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib. 2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir.

Bu il aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyəti sona çatıb. Həmin gün prezident səlahiyyətlərinin icrasına başlayan Armen Sərkisyan Karen Karapetyanın baş nazir olduğu hökumətin istefasını qəbul edib. Ölkə tam parlament idarə üsuluna keçdiyi üçün yeni baş naziri aprelin 17-də Milli Məclis seçəcək. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Respublika Partiyasının 58, Daşnaksütun Partiyasının 7 mandatı var. Sarukyan bloku parlamentdə 31, “Çıxış” bloku 9 mandatla təmsil olunur.

Parlamentin seçdiyi baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır.

Aprelin 9-da tam qüvvəyə minmiş yeni konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır, dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirir.

Sərkisyan rəsmən namizəd oldu

  • 16 Aprel 2018
  • comments

Aksiyaların təşəbbüskarı yeni çağırış etdi

  • 16 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda