• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərkisyan bir mərhələni də keçdi

  • 15 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Serj Sərkisyanın Ermənistanın baş naziri postuna gətirilməsi üçün daha bir addım atılıb. Novator.az-ın məlumatına görə, hakim Respublika Partiyasının İcra Orqanı və Şurası aprelin 14-də birgə iclas keçirib. İcra Orqanı aprelin 11-də baş nazir postuna partiya sədri Serj Sərkisyanı namizəd göstərmişdi. Aprelin 14-də Şura bu namizədliyi təsdiqləyib.

Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyəti sona çatıb. Həmin gün prezident səlahiyyətlərinin icrasına başlayan Armen Sərkisyan Karen Karapetyanın baş nazir olduğu hökumətin istefasını qəbul edib. Ölkə tam parlament idarə üsuluna keçdiyi üçün yeni baş naziri aprelin 17-də Milli Məclis seçəcək. Bunun üçün 105 nəfərlik parlamentdə səslərin yarıdan çoxunu almaq tələb olunur. Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyasının 58, onun hökumət ortağı olan Daşnaksütun Partiyasının 7 mandatı var. Sarukyan bloku parlamentdə 31, “Çıxış” bloku 9 mandatla təmsil olunur.

Aprelin 16-da Respublika Partiyasının parlament fraksiyası Serj Sərkisyanın namizədliyini rəsmiləşdirməlidir. Daşnaksütun Partiyası Serj Sərkisyana dəstək verəcəyini bəyan edib.

Parlamentin seçdiyi baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır.

Aprelin 9-da tam qüvvəyə minmiş yeni konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır, dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirir.

63 yaşlı Serj Sərkisyan Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.

1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.

2008 və 2013-cü illərdə prezident seçilib.

2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir.

Ermənistan müxalifəti aprelin 13-dən paytaxt Yerevanın Fransa meydanında fasiləsiz mitinq keçirir. Aksiyanın təşəbbüskarı “Çıxış” blokudur. Blok Serj Sərkisyanı baş nazir postuna gətirmək planını pozmağa çalışır.

Respublika Partiyasının İcra Orqanı və Şurasının 14 aprel iclası Yerevandakı gərginliyə görə Saxkadzor şəhərində keçirilib.

MSK İlham Əliyevin qələbəsini rəsmiləşdirdi

  • 15 Aprel 2018
  • comments

Neftsiz ixrac nə qədər artıb?

  • 16 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda