• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukrayna MDB-dən rəsmən çıxmaq istəyir

  • 12 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Ukrayna prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinə ölkənin Müstəqil Dövlətlər Birliyindən rəsmən çıxması proseduruna başlamaq göstərişi verib.

Novator.az-ın məlumatına görə, aprelin 12-si paytaxt Kiyevdə keçirilən təhlükəsizlik forumunda çıxış edən Pyotr Poroşenko ölkə parlamentinə Rusiya ilə dostluq müqaviləsinin bəzi müddəalarının ləğvini nəzərdə tutan qanun layihəsi göndərəcəyini də deyib.

1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılmış MDB-yə Azərbaycan, Moldova, Belarus, Ukrayna, Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan üzvdür. Gürcüstan bu birlikdən 2008-ci ildə ayrılıb. Qurumun icra orqanı Minskdə yerləşir.

2014-cü ildə Rusiya Ukrayna torpaqlarını işğal edəndən sonra rəsmi Kiyev MDB-nin tədbirlərini ya boykot edir, ya da toplantılarda aşağı ranqlı məmurlarla təmsil olunur.

Novator.az-ın arayışı:

MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə Belarusda imzaladığı sazişlə qoyulub.

21 dekabr 1991-ci ildə Almatıda keçmiş SSRİ-nin daha 8 respublikası – Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan sazişi imzalayaraq MDB-yə qoşulublar.

Azərbaycanın MDB-yə qoşulması 20 sentyabr 1993-cü ildə rəsmiləşib. 1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə qoşulub.

22 yanvar 1993-cü ildə Minskdə MDB-nin nizamnaməsi qəbul olunub. Ukrayna və Türkmənistan indiyəcən nizamnaməni imzalamayıb. Həmin vaxtdan bu iki dövlət MDB-nin üzvləri yox, təsisçiləri və iştirakçıları sayılır.

18 avqust 2008-ci ildə Gürcüstan MDB-dən çıxmaq barədə nota verib. Təşkilatın nizamnaməsinə uyğun olaraq bir il sonra – 18 avqust 2009-cu ildə Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.

2014-cü ildə Ukrayna MDB-dən çıxmaq niyyətində olduğunu bəyan edib.

Seçkidən sonra ilk tədbir: yeni məscid açıldı

  • 12 Aprel 2018
  • comments

ATƏT missiyası rəyini açıqladı

  • 12 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda