Mərkəzi Bankın İdarə Heyəti aprelin 9-da uçot dərəcəsini 13%-dən 11%-ə endirib.
Novator.az bildirir ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. 2016-cı ildə uçot dərəcəsi 3%-dən 15%-ə qalxmış, bu il fevralın 12-də 13%-ə düşmüşdü.