Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycanda qadınların səsvermə hüququnun təsbit edilməsinin 100-cü ildönümünə həsr olunan “Azərbaycan qadınları: 100 illik yol” adlı proqram çərçivəsində jurnalistlər üçün müsabiqə elan edib.
Müsabiqədə məqsəd Azərbaycanda qadın haqlarının son 100 ildəki durumunun öyrənilməsi, gender bərabərliyi mövzusunda de-yure və de-fakto vəziyyətin araşdırılması, qadınların fundamental hüquq və azadlıqlarının təbliğ olunmasıdır.
Müsabiqə mövzuları belədir:
Qiymətləndirmə bu meyarlar üzrə aparılacaq:
Təşkilatçılar bildirir ki, qiymətəndirmə zamanı müsabiqədə iştirak etmiş şəxsin tanınmış jurnalist olub-olmaması deyil, onun təqdim etdiyi məqalənin/materialın keyfiyyəti, mövzuya uyğunluğu və məzmunu əsas götürüləcək. Qərəzsiz və obyektiv qiymətləndirməyə nail olmaq üçün məqalələr münsiflər heyətinə təqdim edildikdə müəllifin adı göstərilməyəcək, kodlaşdırılacaq. Eyni səbəbdən münsiflər heyəti üzvlərinin adları da yalnız müsabiqənin nəticələri elan olunanda açıqlanacaq.
Müsabiqəyə məqalə, veriliş və ya video material təqdim oluna bilər.
Təqdim edilən məqalələr və video materiallar daha öncə işıq üzü görməməli, məxsusi olaraq bu müsabiqə üçün hazırlanmalıdır. Bu barədə məqalənin əvvəlində, yaxud sonunda istinad qeydi olmalıdır.
Məqalə və videoların həcmi sərbəstdir. Əsas şərt materialın oxucu və izləyicilər üçün yorucu olmaması, axıcı dildə hazırlanmasıdır.
Müsabiqəyə təqdim olunan yazılar və videolar [email protected] ünvanına göndərilməlidir.
Müsabiqə 22 aprel 2018-ci il tarixinədək davam edəcək. Aprelin 22-si saat 18-dən sonra təqdim olunan məqalələrə və videolara baxılmayacaq.
Müsabiqədə jurnalistlər və media mütəxəssisləri iştirak edə bilərlər. Eyni şəxs bir neçə məqalə və ya video təqdim edə bilər, amma bu ona qalib gəlmək üçün hər hansı üstünlük vermir.
Qalibin adı mayın 10-da açıqlanacaq. Müsabiqədə cəmi bir qalib müəyyələşəcək.
Qalib gələn şəxslə 3 aylıq (01 iyun-31 avqust 2018-ci il) xidmət müqaviləsi bağlanacaq və xidmət RİQC-in fəaliyyətini işıqlandırmaqdan ibarət olacaq. Müqavilənin məbləği 1000 manat olacaq. Qalib jurnalistin konkret öhdəlikləri onun media imkanlarından asılı olaraq qarşılıqlı müzakirə və anlaşma əsasında formalaşacaq.
Əlavə olaraq, ən yaxşı 6 məqalə/video material RİQC-in “Facebook” səhifəsində dərc olunacaq, seçilmiş materialların müəlliflərinə isə (6 jurnalistə) sertifikatlar təqdim veriləcək.
Müsabiqəyə keyfiyyətsiz iştirak nümunələrinin təqdim ediləcəyi halda müsabiqənin bütün nəticələrinin ləğv olunması hüququnu RİQC özündə saxlayır.
Layihənin meneceri Gülnarə İsmayılovadır.
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Bakının Afiyəddin Cəlilov küçəsi, 26, mənzil 98 ünvanında yerləşir.
Teefonlar: (+99412) 490 40 44, (+99450) 760 40 44.