• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistanda hökumət dəyişir

  • 09 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Serj Sərkisyan aprelin 9-da Ermənistan prezidenti postundan gedib. Yeni prezident Armen Sərkisyanın səlahiyyətlərinin icrasına başlaması ilə ölkə tam parlament idarə üsuluna keçir, icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülür.

Armen Sərkisyanın andiçmə mərasimi aprelin 9-u Yerevanda, Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçirilib. Bununla hökumət istefaya getmiş sayılır. Yeni baş nazir parlament üzvlərinin yarıdan çoxunun səsi ilə seçiləcək. Bu posta ən real iddiaçı Serj Sərkisyandır.

Novator.az bildirir ki, konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır, dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirir.

İndiki baş nazir Karen Karapetyan 2016-cı ildən bu postu tutur. O, hakim Respublika Partiyasında Serj Sərkisyanın birinci müavinidir.

Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyası müttəfiqi Daşnaksütunla birgə 105 yerlik Ermənistan parlamentində 65 mandata sahibdir.

Parlamentin seçdiyi baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır. Hökumət baş nazirin təyinatından sonra 15 gün ərzində formalaşır və parlament qarşısında hesabatlıdır.

Konstitusiyaya görə, baş nazir Təhlükəsizlik Şurasına sədrlik edir. Silahlı Qüvvələr hökumətə tabedir. Müharibə zamanı ali baş komandan funksiyası baş nazirə keçir. Ali vəzifəli şəxs olan Silahlı Qüvvələrin Baş Qərargah rəisini baş nazirin təqdimatı ilə prezident təyin edir. Dinc dövrdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi müdafiə nazirinə tabedir.

Qubernatorların təyinatı hökumətin səlahiyyətindədir.

1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Serj Sərkisyan işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.

1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib.

Armen Sərkisyan prezidentliyə başladı

  • 09 Aprel 2018
  • comments

Problemli kreditlər artıb

  • 09 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda