• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Armen Sərkisyan prezidentliyə başladı

  • 09 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Aprelin 9-da Ermənistanın yeni prezidenti Armen Sərkisyan and içərək səlahiyyətlərinin icrasına başlayıb. Mərasim Yerevanda, Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində, parlamentin iclası formatında keçirilib.

Novator.az bildirir ki, Armen Sərkisyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və aspiranturasını bitirib. Fizika-riyaziyyat elmləri namizədidir.

1978-ci ildən Yerevan Dövlət Universitetində müəllim işləyib. 1984-1985-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində çalışıb. 1985-ci ildə Ermənistana qayıdıb və Yerevan Dövlət Universitetində fəaliyyətini davam etdirib.

Armen Sərkisyan 1992-1995-ci, 1998-2000-ci və 2013-2018-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub, müxtəlif illərdə Ermənistanı Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda təmsil edib.

1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək baş nazir postunu tutub.

Armen Sərkisyan martın 2-si parlamentdə, gizli səsvermədə prezident seçilib. Dövlət başçısı funksiyası daşıyan prezidentin səlahiyyət müddəti 7 ildir. Səlahiyyət müddətində prezidentin partiya üzvü olması qadağandır.

Ermənistan Konstitusiyasına görə, prezidentin parlamentə öz səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət hüququ var.

Dövlət başçısı parlamentin qəbul etdiyi qanunları 21 gün ərzində imzalayır və yaxud həmin müddət ərzində Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsi qanunun konstitusiyaya uyğunluğuna rəy versə, prezident 5 gün ərzində onu imzalamağa borcludur. Əks halda həmin qanunu imzalamaq hüququ parlament sədrinə keçir.

Yeni seçilmiş parlament fəaliyyətə başlayan gün prezident hökumətin istefasını qəbul edir. Nazirlər Kabineti üzvləri baş nazirin təqdimatı ilə təyin olunur.

Prezident xarici siyasət sahəsində bu səlahiyyətlərə sahibdir: hökumətin təqdimatı ilə beynəlxalq müqavilələr bağlamaq; baş nazirin təqdimatı ilə xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin etmək və onları geri çağırmaq; xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndələrinin etibarnaməsini qəbul etmək.

Prezidentin ratifikasiya tələb etməyən beynəlxalq müqavilələri hökumətin təqdimatı ilə təsdiq və ləğv etmək, baş nazirin təqdimatı ilə ali diplomatik rütbələr vermək səlahiyyəti də var.

Silahlı Qüvvələrlə bağlı səlahiyyətlər belədir: baş nazirin təqdimatı ilə qoşunların ali komandan heyətini vəzifəyə təyin və vəzifədən azad etmək; baş nazirin təqdimatı ilə ali hərbi rütbələr vermək.

Vətəndaşlıq məsələlərinin həlli, əfv, orden və medallarla, fəxri adlarla təltif prezidentin səlahiyyətidir.

Prezident parlamentin təsdiqi gecikdirilən halda bəzi vəzifələrə müvəqqəti icraçı təyin edə bilər.

Vahid Qazinin romanı İsveçdə çap olunub

  • 09 Aprel 2018
  • comments

Ermənistanda hökumət dəyişir

  • 09 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda