Aprelin 6-da valyutaların çoxu dəyər itirib. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank avronun məzənnəsini 2,0809 manata endirib.
Ucuzlaşan gürcü larisi banklara 0,7069, ingilis funt sterlinqi 2,3794, Rusiya rublu 0,0295, türk lirəsi 0,4196 manata təklif olunur.
ABŞ dollarının rəsmi kursu sabit qalıb: 1,7 manat (Məzənnələr).
2018-ci ildə ABŞ dollarının maksimal rəsmi qiyməti 1,7001 manat olub. Həmin kurs ilin əvvəlindən martın 7-dək qüvvədə qalıb.
Yanvar-mart aylarında Dövlət Neft Fondu Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 1 milyard 310,2 milyon dollar məbləğində vəsait satıb.