Aprelin 6-da ABŞ-ın Maliyyə Nazirliyi sanksiya qoyulan rusiyalı məmurların, iş adamlarının və qurumların siyahısını yeniləyib. Novator.az-ın məlumatına görə, siyahıya 17 məmurun (o cümlədən Rusiya daxili işlər nazirinin), 14 qurumun, 7 iş adamının adı əlavə olunub.
Sanksiyaya məruz qalanların ABŞ-da bütün aktivləri dondurulur, ölkə vətəndaşlarının onlarla hər hansı bir işbirliyi qurması yasaqlanır.
ABŞ və başqa Qərb ölkələri Rusiyaya 2014-cü ildən – bu ölkə Ukrayna torpaqlarını işğal edəndən sanksiyalar qoyur.