• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

75 min avroya azadlıq

  • 06 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Almaniyanın Şlezviq-Qolşteyn vilayətinin federal məhkəməsi Kataloniya separatçılarının lideri Karles Puçdemontu 75 min avro girov qarşılığında sərbəst buraxıb. Novator.az-ın məlumatına görə, onun İspaniyaya təhvil verilib-verilməməsi məsələsinə sonra baxılacaq.

Karles Puçdemont martın 26-da tutulmuşdu. Mart ayında İspaniya Ali Məhkəməsi onun və xaricdə olan daha 20 katalon siyasətçinin həbsinə order verib. Onlar qiyamda və qanunsuz referendum təşkil etməklə dövlət vəsaitini talamaqda günahkar bilinirlər.

Ötən il oktyabrın 1-i İspaniyanın Kataloniya vilayətində keçirilmiş qanunsuz referendumda bölgənin müstəqil dövlət elan olunmasına səs verilib. Oktyabrın 27-də Kataloniya parlamenti müstəqillik qətnaməsi qəbul edib. Bundan sonra rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərini mərkəzi orqanlara ötürüb.

Kataloniya hakimiyyətində yer almış bir çox şəxsə üsyan və qiyam təşkili, vəzifə səlahiyyətlərindən sui-istifadə, hakimiyyət orqanlarına tabe olmamaq, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürülüb. Onların arasında ötən il oktyabrın 30-dan Belçikanın paytaxtı Brüsselə sığınan Karles Puçdemont da var.

Karles Puçdemont 1962-ci ildə doğulub. Gənc yaşlarından Kataloniya millətçilərinə qoşulan Karles Puçdemont 2006-cı ildən professional siyasətlə məşğuldur. 2011-ci ildən Jirona şəhərinin meri olub. 2015-ci ildə Kataloniya parlamentinin deputatı seçilib. 2016-cı il yanvarın 10-dan Kataloniya prezidenti postunu tutub.

Kataloniyada ötən il dekabrın 21-də keçirilmiş növbədənkənar parlament seçkisində bölgənin müstəqilliyini istəyən qüvvələr qalib gələrək hökumət qurmaq haqqı qazanıb. Bundan sonra Karles Puçdemontu yenidən hökumət başçısı postuna gətirməyə cəhd göstərilib.

Mart ayında Karles Puçdemont Belçikadan Finlandiyaya getmiş, geri qayıdarkən, Danimarkadan Almaniya ərazisinə keçərkən saxlanmışdı.

Büdcə gömrükdən nə qədər vəsait alıb?

  • 06 Aprel 2018
  • comments

Keçmiş prezidentə 24 il həbs verildi

  • 06 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda