Müraciət sayında 12 min artım var
- 05 Aprel 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 2017-ci illə bağlı hesabat açıqlayıb. Rəsmi məlumata görə, ötən il quruma 693 min 600-dən artıq ümumi müraciət daxil olub, bu da 2016-cı illə müqayisədə 12 min müraciət çoxdur. 63 min 300-dən çox şəxs xəstəxanalara yerləşdirilib.
Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150 min 325 göstərilir.
Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24 min 895-dir.