• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan Rusiya tərəfdən səs verdi, istək keçmədi

  • 05 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Mərkəzi Qərargahı Niderlandın Haaqa şəhərində yerləşən Kimyəvi Silahlara Qadağa Təşkilatı aprelin 5-də Rusiya, İran və Çinin birgə müraciəti ilə bağlı qərar verib. Novator.az-ın məlumatına görə, müraciətdə Rusiyanın Sergey Skripal qalmaqalını Böyük Britaniya ilə birgə araşdırması istəyi yer alırdı. İcra Şurasında keçirilən səsvermədə 15 ölkə təşəbbüsün əleyhinə çıxıb, 17 ölkə bitərəf qalıb.

Təşəbbüsü keçməyən Rusiyanı İcra Şurasında 13 ölkə, o cümlədən Azərbaycan dəstəkləyib. Rəsmi Moskva tərəfdən Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan, Suriya, İran, Venesuela, Nikaraqua və Kuba da səs verib.

Azərbaycan 2017-2019-cu illər üçün Kimyəvi Silahlara Qadağa Təşkilatının İcra Şurasının üzvüdür.

Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsi ilə bağlı qalmaqal ötən ay yaranıb. Sergey Skripal və qızı martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Onların Rusiyada istehsal olunan, sinir iflici törədən xüsusi maddə ilə zəhərləndiyi açıqlanıb. Britaniya hökuməti Moskvanı terrorda ittiham edərək 23 rusiyalı diplomatı ölkədən çıxarıb, bunun ardınca digər Qərb dövlətləri eyni sanksiyaya əl atıb.

Sergey Skripal 2004-cü ildə Rusiyada həbs olunub, dövlətə xəyanət və Böyük Britaniyanın xeyrinə casusluq ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə əfv olunan Sergey Skripal Böyük Britaniyaya təhvil verilib və orada sığınacaq alıb.

Müraciət sayında 12 min artım var

  • 05 Aprel 2018
  • comments

1410 nəfər həbsə gedib

  • 05 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda