Sosial şəbəkələri bloklamağa hazırlıq görülür
Belarusda kütləvi informasiya vasitələri qanununa dəyişiklik layihəsi hazırlanıb. Novator.az-ın məlumatına görə, layihədə sosial şəbəkələrin bloklanması barədə müddəa var. Sosial şəbəkə informasiyanın hakimiyyət orqanlarının tələbi ilə silinməməsi halında bloklana bilər. Layihədə saytlara girişin mə...
Gürcüstana ən çox bizdən gedirlər
2018-ci ilin mart ayında Gürcüstana 578 min 500 əcnəbi səfər edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 67 min 400 nəfər çoxdur. Novator.az-ın məlumatına görə, Milli Turizm Administrasiyası aprelin 3-də belə açıqlama yayıb. Rəsmi hesabata əsasən, martda turistlərin sayı 33%, beynəlxalq ziyarət...
Əlillərə nə xidmət göstərilib?
Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları əlilliyi olan şəxslərə 6246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verib. Rəsmi hesabata görə, əlilliyi olan şəxslər 300-ə yaxın əlil arabası, 326 aşağı və yuxarı ətraf ortezi, 266 aşağı və yuxarı ətra...
Peşə təhsili qanunu ikinci oxunuşdan keçdi
Aprelin 3-də Milli Məclis “Peşə təhsili haqqında” qanunu ikinci oxunuşda qəbul edib. Report.az-ın məlumatına görə, layihədə peşə təhsili müəssisələrinin növləri belə sıralanır: peşə məktəbi; peşə liseyi; peşə təhsil mərkəzi. Ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq, peş...
“Tofaş” 2300 manata özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi 3 aprel hərracı ilə bağlı açıqlama yayıb. Rəsmi məlumata görə, “Tofaş” markalı nəqliyyat vasitəsinin hərracı zamanı təkliflər 60 saniyədən bir yenilənib. Start qiyməti 1500 manat olan həmin avtomobil 2300 manata özəlləşdirilib. Hərracda 5 kiçik dövlət müəssisəsi, 6 q...
Snayperlər yarışıb
Azərbaycan Ordusunun hərbi hissələri üzrə “Ən yaxşı snayper” yarışı keçirilib. Yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında təşkil olunub. Mod.gov.az-ın 3 aprel məlumatına görə, hərbi qulluqçuların təchizatı yoxlandıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tut...
11 bayram günü qalır
Çərşənbəyə düşən 11 aprel prezident seçkisi günü olduğu üçün iş günü hesab edilmir. Novator.az bildirir ki, 2018-ci ilin qalan dövründə iş günü sayılmayan 11 bayram günü də var. Mayın 9-u (çərşənbə) Qələbə Günü, mayın 28-i (bazar ertəsi) Respublika Günüdür. Qurtuluş Günü iyunun 15-nə – cümə gününə t...
Həsrətindəyəm (17)
Firuzə DAVUDQIZI *** İlkin Elşadı güclə evdən çıxardı. Dilə tuta-tuta həyətə çardağın altındakı skamyaların yanına gətirdi. Elşad özündə deyildi. Bütün bədəni onu saran əsəbdən uçunub gedirdi. İlkin onunla yanaşı oturub narahat halda onu bir xeyli süzdü. Sonra dözməyib dilləndi: – Sən, yaxşısı...
Ət yeməyin fəsadları (Yeni tədqiqat)
Böyük Britaniyanın Lids Universitetinin alimləri apardıqları tədqiqatın nəticələrinə əsaslanaraq insanları qırmızı əti az yeməyə çağırır. Mütəxəssislər qeyd edir ki, qida rasionunda qırmızı əti azaltmaqla yoğun bağırsaq xərçənginə tutulma riskini minimuma endirmək olar. Alimlər tədqiqata İngiltərə, ...
Valyuta ehtiyatı və pul bazası hesabatları açıqlanıb
Mərkəzi Bank valyuta ehtiyatı və pul bazası barədə hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, aprelin 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 508 milyon dollar, pul bazasının həcmi 9 milyard 471 milyon manat olub. Martın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 387,3 milyon doll...
14 nəfər o zamandan qalır
15 ildir dövlət başçısı olan İlham Əliyev yenidən prezidentliyə namizəddir. Prezident seçkisi aprelin 11-də keçiriləcək. İlham Əliyev 2003, 2008, 2013-cü illərdə prezident seçilib. 1993-2003-cü illərdə isə onun atası Heydər Əliyev dövlət başçısı olub. Novator.az bildirir ki, hazırda Nazirlər Kabinet...
Jurnalistin şikayəti qismən təmin olunub
Bakı Apellyasiya Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayev barəsində çıxarılan hökmdən şikayətə baxılması prosesi yekunlaşıb. Xatırladaq ki, 2016...
Bir çox valyuta dəyər itirib
Aprelin 3-də bir çox valyuta ucuzlaşıb. Novator.az-ın məlumatına görə, avro 2,0926, Rusiya rublu 0,0296, türk lirəsi 0,4272 manata düşüb. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7 manat səviyyəsində saxlayıb, bahalaşan gürcü larisi isə 0,7091 manata satılır (Məzənnələr). 2018-ci ildə ABŞ dollarını...
Qələbə rəsmiləşdi
Misirin Milli Seçki Komissiyası martın 26-dan 28-dək keçirilmiş prezident seçkisinin nəticələrini təsdiqləyib. Dövlət başçısı Əbdülfəttah əl-Sisinin yenidən dörd il müddətinə prezident seçildiyi bəyan olunub. Yekun sənədə görə, Əbdülfəttah əl-Sisi 97,08 faiz, rəqibi, Əl-Qad Partiyasının lideri Musa ...
Diplomatik korpusda yeni təyinatlar
Azərbaycanın iki diplomatik nümayəndəliyinə təyinat olub. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Əşrəf Fərhad oğlu Şıxəliyev Hindistana fövqəladə və səlahiyyətli səfir vəzifəsinə göndərilib. İlqar Fazil oğlu İskəndərov isə Rusiyanın Yekaterinburq şəhərində baş konsul vəzifəsinə təyinat alıb.
Nəqliyyata cavabdeh qurumun statusu dəyişdi
Prezident İlham Əliyev fərman imzalayaraq Bakı Nəqliyyat Agentliyinin nizamnaməsini təsdiqləyib. Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 milyon manat təşkil edir. Qurumun fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır. Fərmana əsa...