• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azadliq.info üzərindən blok götürülüb

  • 02 Aprel 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Azadliq.info saytına girişə qoyulmuş məhdudiyyət götürülüb.

Azadliq.info 2016-cı ilin sentyabrından çapını dayandırmış “Azadlıq” qəzetinin saytıdır.

Azadliq.info-ya giriş 2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılıb. Həmin qərarla məhkəmə “Azadlıq” radiosunun Azadliq.org saytına, “Turan TV”nin Azerbaycansaati.com saytına, “Meydan TV” internet televiziyasının Meydan.tv saytına girişə, eyni zamanda “Azərbaycan saatı” televiziya proqramının yayımına da məhdudiyyət qoyub.

Hazırda məhdudiyyət yalnız Azadliq.info üzərindən götürülüb.

Azadliq.info-nun redaktoru Rövşən Hacıbəyli məsələ ilə bağlı “Turan”a açıqlamasında deyib: “Təəccüblüdür, məhkəmə qərarı dəyişməsə də, bizim sayt üzərindən blok götürülüb. Doğrusu, bunun səbəbini və blokun götürülməsində məqsədin nə olduğunu başa düşə bilmirəm”.

Redaktorun gümanına görə, səbəb aprelin 11-nə təyin edilmiş prezident seçkisi ola bilər: “Ölkədə beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası fəaliyyətdədir. Ola bilsin, onlar hökumət qarşısında bizim saytla bağlı məsələ qaldırıblar”.

Rövşən Hacıbəyli seçkidən az sonra, daha dəqiqi, beynəlxalq müşahidəçilər ölkəni tərk edəndən sonra bloklamanın bərpa olunacağını ehtimal edir.

Novator.az xatırladır ki, Səbail məhkəməsi saytları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bloklayıb. Nazirlik məhkəməyə Baş Prokurorluğun müraciətindən sonra üz tutub. Prokurorluq nazirliyə müraciət edərək saytlarla bağlı tədbir görülməsini istəyib. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub.

2017-ci il martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib. Yeniliyə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.

Elektron xidmət rəqəmləri

  • 02 Aprel 2018
  • comments

Ermənistanın ixracı 41 faizdən çox artıb

  • 02 Aprel 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda