• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Seçki təşviqatına hansı media qurumları qoşulub?

  • 28 Mart 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

11 aprel prezident seçkisinin təşviqat mərhələsi davam edir. Ödənişsiz təşviqat İctimai Televiziya və Radio Yayımları Şirkətində, “Azərbaycan”, “Bakinski raboçi” qəzetlərində və “Xalq qəzeti”ndə aparılır.

Novator.az-ın məlumatına görə, ödənişli təşviqata 34 media orqanı qoşulub. Mərkəzi Seçki Komissiyası Report.az, Moderator.az, Cəbhə.info, Avropa.info, Aktual.az, Big.az, Sonxeber.az, Miq.az, Qazeta.info, Baymedia.az, Azernews.az, Day.az, İstiqlal.az, Azvision.az saytlarından bildiriş alıb.

Bildiriş verən qəzetlər bunlardır: “Cümhuriyət”, “Olaylar”, “Səs”, “Palitra”, “Azərbaycan”, “Xalq qəzeti”, “Həftə içi”, “Xalq Cəbhəsi”, “Yeni Müsavat”.

“Səs”, “Olaylar”, “Trend”, “Azadinform” agentlikləri, “APA Holdinq”, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Xəzər”, “Azad Azərbaycan”, ARB, “Lider”, “Space” televiziyaları da ödənişli təşviqatda iştirak qərarı veriblər.

Azərbaycanda növbəti prezident seçkisi bu il oktyabrın 17-də keçirilməli idi. Fevralın 5-də imzalanan prezident sərəncamı ilə aprelin 11-nə növbədənkənar seçki təyin olunub. Bir çox müxalif qurum, o cümlədən Müsavat Partiyası və AXCP seçkidə iştirak etmir.

Prezidentliyə namizədlər bunlardır: Yeni Azərbaycan Partiyasından dövlət başçısı İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, müstəqil namizəd, deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev, Azərbaycan Demokrat Partiyasından Sərdar Cəlaloğlu.

Namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkəti ödənişsiz efir vaxtı ayırır. Pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdır (3 saat televiziyada, 3 saat radioda), martın 19-dan başlayaraq bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri ayrılır. Efir günlərində hər namizədin 7 dəqiqə 30 saniyə televiziyada, 7 dəqiqə 30 saniyə radioda təşviqat aparmaq imkanı var.

Leyla Hacıyeva

“Səhiyyənin inkişafı üçün böyük işlər görülür”

  • 28 Mart 2018
  • comments

Media etikası qaydaları

  • 28 Mart 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda