• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

9-cu seçkinin 8 namizədi

  • 19 Mart 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Aprelin 11-də keçiriləcək prezident seçkisində 8 nəfərin namizədliyi qeydə alınıb. Novator.az bildirir ki, onların 3-ü Naxçıvan Muxtar Respublikasında, 2-si Bakıda, 1-i Gədəbəydə, 1-i İmişlidə, 1-i Qərbi Azərbaycanda (Ermənistanda) anadan olub. Ən yaşlı iddiaçının 66, ən gəncin 46 yaşı var. 4 nəfər humanitar təhsil, 2 nəfər tibb təhsili, 2 nəfər texniki təhsil alıb.

Araz Əlizadə (66 yaş)

1951-ci il noyabrın 3-ü Bakı şəhərində doğulub.

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatıdır.

Sərdar Cəlaloğlu (63 yaş)

1954-cü il iyunun 3-ü Naxçıvan Muxtar Respublikasının Cəhri kəndində (Babək rayonu) anadan olub.

Azərbaycan Tibb Universitetini məhkəmə-tibb eksperti ixtisası üzrə bitirib.

Azərbaycan Demokrat Partiyasının sədridir.

Hafiz Hacıyev (62 yaş)

1956-cı il martın 6-sı Qərbi Azərbaycanın (Ermənistan) Zod kəndində doğulub.

Azərbaycan Dövlət Aqrar Universitetini zoomühəndis ixtisası üzrə bitirib.

Müasir Müsavat Partiyasının sədridir.

İlham Əliyev (56 yaş)

1961-ci il dekabrın 24-ü Bakı şəhərində anadan olub.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq əlaqələr fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidentidir.

Fərəc Quliyev (55 yaş)

1962-ci il dekabrın 22-si Naxçıvan Muxtar Respublikasının Üstüpü kəndində (Ordubad rayonu) anadan olub.

Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatıdır.

Qüdrət Həsənquliyev (52 yaş)

1965-ci il dekabrın 9-u Naxçıvan Muxtar Respublikasının Əbrəqunus kəndində (Culfa rayonu) doğulub.

Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatıdır.

Razi Nurullayev (46 yaş)

1971-ci il aprelin 1-i İmişli rayonunun Xəlfəli kəndində doğulub.

Azərbaycan Dillər Universitetinin ingilis-fransız dilləri pedaqoji fakültəsini və Cənubi Rusiya Humanitar İnstitutunun hüquq fakültəsini bitirib.

Zahid Oruc (46 yaş)

1972-ci il fevralın 1-i Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Qərbi Azərbaycan əsillidir.

Azərbaycan Texniki Universitetinin avtomatika və hesablama texnikası fakültəsini bitirib.

Milli Məclisin deputatıdır.

11 aprel seçkisi Azərbaycanda 9-cu prezident seçkisidir. İlk seçki 1990-cı il mayın 18-i parlamentdə keçirilib. Ayaz Mütəllibov prezident seçilib. O, 1991-ci il sentyabrın 8-də ümumxalq səsverməsi ilə seçkidə də qalib olub.

1992-ci il iyunun 7-də keçirilən prezident seçkisində Əbülfəz Elçibəy, 1993-cü il oktyabrın 3-nə təsadüf edən prezident seçkisində Heydər Əliyev dövlət başçısı seçilib.

1998-ci ilin 11 oktyabrındakı seçkidə Heydər Əliyev postunu əlində saxlayıb.

2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də və 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində İlham Əliyev qələbə çalıb.

Yeni məzənnələr

  • 19 Mart 2018
  • comments
Si Cinpin

Cinpinin hökuməti təsdiqləndi

  • 19 Mart 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Fələstinə dəstəyin cəzası var

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Yeni nəsil “Alo” demir ki… – “Business İnsider”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Fələstinə dəstəyin cəzası var

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda