• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ticarətdə nə var, nə yox?

  • 16 Mart 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Dövlət Statistika Komitəsi bildirir ki, 2018-ci ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 121 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 67 ölkəyə məhsul ixrac olunub, 115 ölkədən mal alınıb. Xarici ticarət dövriyyəsi 2 milyard 231,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1 milyard 543 milyon dollar, idxalın dəyəri 688,6 milyon dollar təşkil edib, 854,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 33,3 faiz artıb, real ifadədə isə 1,9 faiz azalıb.

Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, yanvar ayında 122,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2017-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 36,1 faiz, real ifadədə isə 34,7 faiz çoxdur.

Başqa bir hesabata əsasən, 2018-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 5,3 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 2,7 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Hesabat dövründə son istehlak məqsədilə alınan mallara xərclənən vəsaitin 45,3 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq məhsulları və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 271,6 manat göstərilir. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 137,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Senaye

Sənaye və sərmayə: yeni göstəricilər açıqlanıb

  • 16 Mart 2018
  • comments

1 kiloqramın orta qiyməti 23 manatı ötüb

  • 16 Mart 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda