2018-ci ilin yanvar-fevral aylarında Gürcüstanın ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5% artaraq 446,4 milyon dollar təşkil edib. Novator.az-ın məlumatına görə, ölkənin Milli Statistika Xidmətinin yaydığı hesabatda belə deyilir.
Hesabata əsasən, bu il ölkədə idxal da 13,3% artıb və 1,2 milyard dollara çatıb, xarici ticarətdə 791 milyon dollar mənfi saldo yaranıb.
İki ayda xarici ticarət dövriyyəsinin 16,3% artaraq 1,7 milyard dollara yaxınlaşdığı bildirilir.