Prezident İlham Əliyev Fərid Tahir oğlu Cəfərovu Gənclər Fondunun icraçı direktoru təyin edib.
Digər sərəncamla Müşahidə Şurasının tərkibi təsdiqlənib. Müşahidə Şurasının sədri postu Məmmədəliyev Yusuf Ülfət oğluna (Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri) həvalə olunub.
Üzvlər bu şəxslərdir: Babayev İntiqam Vaqif oğlu (gənclər və idman nazirinin müavini), Qurbanov Firudin İsa oğlu (təhsil nazirinin müavini), Səmədov Nazim Adil oğlu (mədəniyyət və turizm nazirinin müavini), Kərimli Mətin İmdad oğlu (əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini), Hüseynov Seymur Elşad oğlu (Gənclər Təşkilatları Milli Şurasının sədri), Orucov Seymur Vaqif oğlu (“Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri), Seyidov Mirhəsən Mirheydər oğlu (“İrəli” İctimai Birliyinin sədri), Hümbətov İlham Gürşad oğlu (“Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini).
Novator.az xatırladır ki, bu ay Prezident yanında Gənclər Fondunun əsasında Gənclər Fondu publik hüquqi şəxs yaradılıb. Nizamnaməsinə görə, qurumun fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirməkdən, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkilindən, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir.