Mərkəzi Bankın yeni hesabatına görə, bu il martın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 387,3 milyon dollar olub. 2018-ci ilin əvvəli ilə müqayisədə valyuta ehtiyatı 52,7 milyon dollar artıb.
Novator.az daha əvvəlin göstəricilərinə də nəzər salıb.
2007-ci ilə valyuta ehtiyatının həcmi 1 milyard 967,3 milyon dollar göstərilib.
Bir il sonra valyuta ehtiyatı 3 milyard 928,5 milyon dollara çatıb.
2009-cu ilin əvvəlində valyuta ehtiyatı 6 milyard 137 milyon dollar olub, 2010-cu ilin əvvəlinə 5 milyard 161,7 milyon dollara düşüb.
Mərkəzi Bank 2011-ci ilin əvvəlində 6 milyard 407,6 milyon dollar valyuta ehtiyatı olduğunu açıqlayıb.
2012-ci ilə ehtiyatların həcmi 10 milyard 481,5 milyon dollara, 2013-cü ilə 11 milyard 694,8 milyon dollara, 2014-cü ilə 14 milyard 152 milyon dollara qalxıb.
2015-ci ilin əvvəlində 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı qeydə alınıb. İlin sonuna ehtiyatın həcmi 5 milyard 16,7 milyon dollara enib.
2017-ci il yanvarın 1-nə ehtiyatın həcmi 3 milyard 974,4 milyon dollar göstərilib. İl 5 milyard 334,6 milyon dollarla başa çatıb.
2018-ci il fevralın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 381,2 milyon dollara yüksəlib və martın 1-dək daha 6,1 milyon dollar artıb.