• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mitinq ərəfəsində həbslər

  • 12 Mart 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Müxalifətin 10 mart mitinqi ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının 6 fəalı həbs edilib. Onlara inzibati qaydada həbs cəzaları verilib.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Xətai rayon şöbəsinin üzvi Tahir Ağayev, Binəqədi rayon şöbəsi sədrinin müavini Yalçın Abdullayev və həmin şöbənin üzvi Hikmət Əliyev 15 sutka həbs cəzası alıblar.

AXCP Xətai rayon şöbəsi sədrinin müavini Faiq Nağıyev və Binəqədi rayon şöbəsinin üzvi Bəşir Tarverdiyevə isə 20 sutka həbs verilib.

Həbs edilənlərin bir neçəsi mitinqin təşkilat komitəsinin üzvü olub.

AXCP-nin bəyanatına görə, həbslərdə məqsəd aksiyanın kütləviliyinin qarşısını almaq olub.

Bu həbslər barədə ilk məlumatı AXCP sədri Əli Kərimli mitinqdə çıxış edərkən açıqlayıb. O deyib ki, ümumilikdə AXCP-nin 80 üzvü mitinqə hazırlıq dövründə polis şöbələrinə çağırılıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə mitinq ərəfəsində partiyanın 50-dən çox üzvünün polisə çağırıldığını söyləyib.

“Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Əbülfəz Qurbanlının sözlərinə görə, mitinq ərəfəsində hərəkatın 20-yə yaxın üzvü ərəfəsində polis şöbələrinə çağırılıb.

“Turan” bildirir ki, fəalların həbsinin və polisə çağırılmalarının səbəbləri barədə rəsmi açıqlama verilməyib.

10 mart mitinqinin əsas təşkilatçısı Demokratik Qüvvələrin Milli Şurası (AXCP bu şuranın üzvüdür) və Müsavat Partiyası olub.

Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı mitinq paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) keçirilib.

Aksiyada siyasi və sosial tələblər qoyulub, prezident seçkisinin oktyabrın 17-dən aprelin 11-nə irəli çəkilməsinə etiraz bildirilib, “Saxta seçkilərə son”, “Monarxiyaya son”, “Korrupsiyaya son”, “Siyasi məhbuslara azadlıq” və başqa şüarlar səsləndirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halı qeydə alınmayıb.

Aynur Mesimova Temkin

Eşq və xəyanət (21)

  • 12 Mart 2018
  • comments

Azərbaycan ən ucuz 50 ölkə arasında

  • 12 Mart 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda