• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Gozel Bayramli

“Həbsim qisasçılıq məqsədi daşıyır”

  • 12 Mart 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Martın 12-si Gəncə Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının şikayətinə baxış davam edib.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunda tutulub. Rəsmi məlumata görə, siyasətçinin üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb. Gözəl Bayramlı isə bu pulun sərhəd-buraxılış məntəqəsində onun çantasına atıldığını söyləyir.

Qaçaqmalçılıqda ittiham olunan Gözəl Bayramlı 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Martın 12-si Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə vəkil Elçin Sadıqov Gözəl Bayramlıya bəraət istəyib. “Amerikanın səsi” xəbər verir ki, prosesdə çıxış edən Gözəl Bayramlı ittihamları rədd edib: “Mənə qarşı ittihamlar birbaşa siyasi sifarişdir. Bu dəmir qəfəsdə dövlət büdcəsindən milyardları oğurlayanlar oturmalıdır. Niyə bu dəmir qəfəsdə keçmiş milli təhlükəsizlik naziri, vergilər naziri, milyardları oğurlayanlar oturmur, mən otururam?”

Azadliq.info-nun məlumatına görə, Gözəl Bayramlı deyib ki, Gürcüstandan gələndə pul gətirməyib, əksinə, buradan pul aparıb: “Rusiyadan qardaşımın göndərdiyi pulu müalicə məqsədilə aparmışam, orada müalicə olunmuşam, əməliyyat keçirmişəm. Azərbaycan banklarından sənəd alıb bunu özləri də görə bilərlər. Bütün banklar öz əllərindədir.

Mənim həbsim siyasi fəaliyyətimlə bağlıdır və qisasçılıq məqsədi daşıyır. Baş verənlər AXCP-yə qarşı qisasçılıq və repressiyanın davamıdır. On aydır həbsdəyəm. Həbsdə olduğum müddətdə hakimiyyətin bizim bilmədiyimiz tərəflərini də gördüm. Onun daha hansı əməllərlə məşğul olduğunu bildim. Mən izləndiyimi bilirdim. Bunları bilə-bilə xaricdən pul gətirməzdim. Gətirsəydim belə, bunu gömrükdə bəyan edərdim. Əllərində bircə sübut varsa, onu ortaya qoysunlar”.

Proses aprelin 2-də davam edəcək.

Gözəl Bayramlı hazırda Gəncə İstintaq Təcridxanasında saxlanır.

Bakı görüşündə deyilənlər

  • 12 Mart 2018
  • comments

Su: 248 məntəqə üçün 21 milyon manat ayrıldı

  • 13 Mart 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda