• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakı görüşündə deyilənlər

  • 12 Mart 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Prezident İlham Əliyev martın 12-də Azərbaycana rəsmi səfər edən Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüşüb. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, iki ölkə bir çox sahədə uğurlu əməkdaşlıq edir: “Şadam ki, ticarət dövriyyəsi artır. Şadam ki, Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələrin arasında birinci yeri tutur. 2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi var. Eyni zamanda onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir.

Əlbəttə, bizi birləşdirən bir çox önəmli qlobal layihələr var. Biz keçən ilin oktyabr ayında sizinlə bərabər onlardan birinin açılışını qeyd etdik – Bakı-Tbilisi-Qars. Bu il Cənubi Qafqaz qaz kəmərinin, TANAP layihəsinin istifadəyə verilməsi nəticəsində əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq. Yəni bizim əməkdaşlığımız regional formatdan çıxıb qlobal müstəviyə qalxır. Bütün bu uğurlu addımların təməlində bizim dostluğumuzdur, qardaşlığımızdır. Əminəm ki, həmin münasibətlər bundan sonra da xalqlarımızın maraqlarına xidmət edəcək”.

Georgi Kvirikaşvili qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: “Sevindirici haldır ki, bizim iqtisadi əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir. Keçən il ikitərəfli münasibətlər xüsusi inkişafla yadda qaldı.

Azərbaycan Gürcüstan üçün birinci investisiya tərəfdaşıdır. Bu yaxınlarda dərc olunan statistik məlumatlara görə, səfərlərin sayına görə də Azərbaycan Respublikası Gürcüstan üçün birinci yerdədir.

Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi layihələri çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan qazı Cənub Qaz Dəhlizi layihəsinin seqmentləri olan Trans-Anadolu və Trans-Adriatik kəmərləri ilə sonradan Avropaya nəql ediləcək. Bu layihələr iqtisadi və geosiyasi baxımdan çox mühümdür.

Regional formatlarda əməkdaşlığımız çox vacibdir. Həm siyasi məsləhətləşmələr, həm də qlobal formatda əməkdaşlığımız mövcuddur. Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir. Bu, bizim strateji əlaqələrimizin göstəricisidir”.

Görüşdən sonra Georgi Kvirikaşvilinin şərəfinə rəsmi nahar verilib.

Azərbaycan ABŞ-a nota verdi

  • 12 Mart 2018
  • comments
Gozel Bayramli

“Həbsim qisasçılıq məqsədi daşıyır”

  • 12 Mart 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda