UEFA Avropa Liqasının 1/8 finalı start götürüb. Novator.az-ın məlumatına görə, martın 8-də keçirilmiş ilk oyunlar Rusiya klubları üçün uğursuz olub. Səfərdə oynayan “Lokomotiv” (Moskva) “Atletiko”ya (İspaniya) 0:3, “Zenit” “Leypsiq”ə (Almaniya) 1:2 hesabı ilə uduzub. SSKA evdə “Lion”a (Fransa) 1 cavabsız topla yenilib.
Ukraynanın “Dinamo” komandasının İtaliya paytaxtı Romada “Latsio” ilə görüşü qalibi müəyyən etməyib – 2:2.
Digər nəticələr belədir:
“Marsel” (Fransa) – “Atletik” (İspaniya) 3:1
“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Çexiya) 2:0
“Borussiya” (Dortmund, Almaniya) – “Zalsburq” (Avstriya) 1:2
“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:2.
Martın 7-də isə İtaliyanın “Yuventus” və İngiltərənin “Mançester Siti” komandaları Çempionlar Liqasında 1/4 finala adlayıblar.