• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Namizədlərdən biri niyə geri çəkildi?

  • 09 Mart 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev prezidentlik yarışından geri çəkilib. O və partiyası 11 aprel prezident seçkisində Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu dəstəkləmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, qərar Liberal Demokrat Partiyası Rəyasət Heyətinin iclasında qəbul edilib.

İclasda çıxış edən Fuad Əliyev onun namizədliyinin qeydə alınması üçün lazım olan 45 min imzanın toplandığını deyib. Amma o bildirib ki, bu seçkidə müxalifət vahid mövqedən çıxış etməlidir. Fuad Əliyevin fikrincə, seçkidə müxalifətin vahid namizədi Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ola bilər. Bu səbəbdən o, Liberal Demokrat Partiyasının üzvlərini Sərdar Cəlaloğlunu dəstəkləməyə çağırıb və təklif qəbul olunub.

Fuad Əliyevin təklifi əsasında Liberal Demokrat Partiyasının Rəyasət Heyəti 11 aprel seçkisində iştirak qərarı verən Vətəndaş və İnkişaf Partiyasına (sədri Əli Əliyev), Ağ Partiyaya (sədri Tural Abbaslı seçkiyə müstəqil namizəd kimi qatılıb), seçkidə iştirak etməyən müxalif partiyalara və müxalif yönlü seçicilərə Sərdar Cəlaloğlunun namizədliyini dəstəkləmək çağırışı ilə müraciət də qəbul edib.

Müraciətdə deyilir ki, müxalifətin seçkidə qələbəsi həm birlikdən, həm də uğurlu şəxsin vahid namizəd seçilməsindən asılıdır. Bu uğurlu namizədin isə Sərdar Cəlaloğlu olduğu vurğulanır.

Novator.az bildirir ki, Sərdar Cəlaloğlu 1954-cü ildə anadan olub. Tibb Universitetini bitirib. Siyasi fəaliyyətə milli azadlıq hərəkatı dalğasında başlayıb. Demokrat Partiyasının qurucusudur. 1991-1994-cü illərdə ADP təşkilat komitəsinin sədri, 1994-1996-cı illərdə partiyanın sədri, 1996-2005-ci illərdə baş katibi, 2005-2007-ci illərdə partiya sədrinin birinci müavini olub. 2007-ci ildən yenidən partiya sədridir.

2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisində hələlik 4 nəfər qeydiyyata alınıb: Yeni Azərbaycan Partiyasından hazırkı dövlət başçısı İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev və müstəqil namizəd, deputat Zahid Oruc.

Seçkiyə daha 11 nəfər qatılmışdı. Fuad Əliyevin geri çəkilməsi ilə onların sayı 10 olur: Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, Vətəndaş və İnkişaf Partiyasından Əli Əliyev, Azərbaycan Demokrat Partiyasından Sərdar Cəlaloğlu, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev, müstəqil iddiaçılar Tural Abbaslı, Anar Umudov, Asif Məmmədov, Elşən Həsənov, Ramazan Bəkirov.

Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplanmalıdır. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza yığmaq tələb edilir. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

Rəqiblərin yeni reytinqi

  • 09 Mart 2018
  • comments

Qurban Yaquboğlunun kitabı çıxıb: “Mən yoxam”

  • 09 Mart 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
comments
Xəbər

Uçot dərəcəsi dəyişir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Yaponiya hökuməti silkələnir

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
comments
Xəbər

Uçot dərəcəsi dəyişir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda