• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mitinq hazırlıqları, problemlər

  • 07 Mart 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası başda olmaqla bir neçə müxalif qurum paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) mitinqə hazırlaşır. Aksiyada siyasi və sosial tələblər qoymaq, prezident seçkisinin oktyabrdan aprelə irəli çəkilməsinə etiraz bildirmək nəzərdə tutulur.

Martın 10-na təyin olunan aksiyaya şərait yaratması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciəti Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri İbrahim İbrahimli və Eldəniz Quliyev, Müsavat başqanının müavini Fərəc Kərimli, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədli imzalayıblar.

Fərəc Kərimli martın 7-də Novator.az-a deyib ki, partiya üzvlərinə təzyiqlər var: “Martın 6-da 50-dən artıq müsavatçı müxtəlif polis bölmələrinə çağırılıb. Onlar dindirilərək sərbəst buraxılıblar. Bu gün isə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Müsavatın mərkəzi qərargahına gələrək başqan müavini Gülağa Aslanlını heç bir əsas göstərmədən aparıblar. Bütün bu addımlar müxalifətin martın 10-na təyin etdiyi birgə ümumxalq mitinqi ilə bağlıdır”.

Fərəc Kərimli bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinq müraciətinə hələ rəsmi cavab verməyib: “Dünən cavab verilməli idi. Qanun mitinqə üç iş günü qalmışa qədər cavab verilməsini tələb edir”.

Partiya başqanının müavini qeyd edib ki, 10 mart mitinqinə Müsavat və Milli Şura üzvləri ilə yanaşı digər təşkilatların nümayəndələrinin qatılacağını gözləyirlər: “Hələlik “Nida” Vətəndaş Hərəkatı rəsmi bəyanat yayaraq mitinqə qoşulacağını bildirib. Sosial şəbəkələrdə gedən müzakirələrdən görünür ki, ictimaiyyətin müxalifətin birgə mitinq qərarına münasibəti müsbətdir. Hazırlıq yüksək səviyyədə gedir və inanıram ki, bu, müxalifətin son illərdə keçirdiyi ən kütləvi mitinq olacaq”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli Novator.az-a bildirib ki, mitinqə hazırlıq qaydasında gedir: “Hər şeyə hazırıq, Bakı Şəhər İcra Hakimiyyətindən aksiya müraciətinə rəsmi cavab gözləyirik. Mitinqimizə başqa qüvvələrin qoşulmasını, qələbəlik gözləyirik. Müxtəlif partiyaların, ictimai-siyasi təşkilatların təmsilçiləri əvvəllər Milli Şuranın mitinqlərində iştirak ediblər, yenə də aksiyaya gələcəklər”.

Üçüncü festival elan olundu

  • 07 Mart 2018
  • comments

8 Martı bayram sayanlar

  • 07 Mart 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
comments
Xəbər

Uçot dərəcəsi dəyişir

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

Son materiallar

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda