UEFA Çempionlar Liqasının ilk 1/4 finalçıları bəlli olub. Novator.az-ın məlumatına görə, Fransa təmsilçisi PSJ martın 6-sı Parisdə İspaniya paytaxtının “Real” klubuna 1:2 hesabı ilə uduzub. 1/8 finalın ilk görüşünü də udmuş (3:1) madridlilər növbəti raunda adlayıblar.
İngiltərənin “Liverpul” klubu da 1/4 finala çıxıb. Komandanın dünən evdə Portuqaliyanın “Portu” komandası ilə keçirdiyi görüş qolsuz bitib. İlk oyunda “Liverpul” 5:0 hesabı ilə üstün gəlmişdi.
“Real” 12 dəfə Çempionlar Liqasının qalibi olub. 1955-ci ildə yaradılmış, 1991-1992 mövsümünədək Çempionlar kuboku adlanmış turnirdə “Liverpul” 5 zəfər əldə edib.