İtaliyada martın 4-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, üç partiyanın birləşdiyi sağ mərkəzçi koalisiya yuxarı palata uğrunda mübarizədə 37,4%-lə önə çıxır.
“5 ulduz” hərəkatı 30,9% səslə ikinci yerdə gedir.
Hakim Demokrat Partiyasının başçılıq etdiyi sol mərkəzçilər 23,8% səs yığır.
Aşağı palata üzrə ilkin nəticələr belədir: sağ mərkəzçi koalisiya – 36,9%, “5 ulduz” hərəkatı – 30,6%, sol mərkəzçilər – 24,4%.
Aşağı palata 630 deputatdan, yuxarı palata 315 senatordan ibarətdir. 231 deputat və 109 senator majoritar, qalanları proporsional sistemlə seçilir.