• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“İsa bəyin səhhəti sürətlə yaxşılaşır”

  • 05 Mart 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər fevralın 28-dən Türkiyənin paytaxtı Ankarada, Hacettepe Universitetinin xəstəxanasında müalicə alır. O, Ankaraya Müsavat Partiyasının başqanı Arif Hacılı ilə birlikdə gedib.

Martın 5-də Novator.az-a danışan Arif Hacılı deyib ki, xəstəxanada İsa Qəmbərlə birlikdədir: “Müalicə davam edir. İsa bəyin səhhəti sürətlə yaxşılaşır. Yəqin ki, həftə ərzində müalicə başa çatacaq. Ya bu həftənin sonu, ya da gələn həftə Bakıya qayıtması gözlənir”.

İsa Qəmbər yanvarın 13-dən 18-dək Bakıdakı Mərkəzi Klinik Xəstəxanada ürəyindən müalicə alıb. Fevralın 23-dən 28-dək o, yenidən Mərkəzi Klinik Xəstəxanada müayinə olunub.

İsa Qəmbər 1957-ci il fevralın 24-də Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1979-1989-cu illərdə Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.

Siyasətə 1980-ci illərin ikinci yarısında qoşulan İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra İsa Qəmbər bir müddət həbsdə yatıb.

1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.

43-dən 4-ü əskik

  • 05 Mart 2018
  • comments

Merkelin namizədliyi təqdim olundu

  • 05 Mart 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda