Bu ilin mayında Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə 43 ölkə qatılır. Novator.az bildirir ki, onların 4-ü təmsilçi seçməyib. Bolqarıstan, İsveç, Litva, Norveç təmsilçilərini bu ay müəyyən edəcəklər.
Martın 5-dək 39 ölkənin təmsilçisi bəllidir:
Albaniya – Yevqent Buşpepa
Almaniya – Mixael Şulte
Avstraliya – Cessika Mauboy
Avstriya – Sezar Sempson
Azərbaycan – Aysel Məmmədova
Belarus – Nikita Alekseyev
Belçika – Laura Qruseneken
Böyük Britaniya – Suzanna Mariya Kork
Çexiya – Nikolas Cozef
Danimarka – Conas Rasmussen
Ermənistan – Sevak Xanaqyan
Estoniya – Elina Neçayeva
Finlandiya – Saara Aalto
Fransa – Madam Bonsior
Gürcüstan – “İriao” qrupu
Xorvatiya – Franka Bateliç
İrlandiya – Rayan O’Şonessi
İslandiya – Ari Olafsson
İspaniya – Alfred Qarsiya və Amaya Romero
İsrail – Netta Barzilay
İsveçrə – “Zibbz” qrupu
İtaliya – Ermal Meta və Fabrisio Moro
Kipr – Eleni Fureyra
Latviya – Laura Rizzotto
Macarıstan – “AWS” qrupu
Makedoniya – Eye Cue
Malta – Kristabell Borq
Moldova – “DoReDos” qrupu
Monteneqro – Vanya Radovanoviç
Niderland – Villem Beykerk
Polşa – Anjey Qromala və Lukas Mayer
Portuqaliya – Klaudio Paskal
Rumıniya – “Humans” qrupu
Rusiya – Yuliya Samoylova
San Marino – Cessika Muskat və Cenifer Breninq
Serbiya – Sanya İliç və “Balkanika” qrupu
Sloveniya – Lea Sirk
Ukrayna – Konstantin Boçarov
Yunanıstan – Yanna Terzi.
1-ci yarımfinalda (8 may) Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Estoniya, Finlandiya, Xorvatiya, İrlandiya, İslandiya, İsrail, İsveçrə, Kipr, Litva, Makedoniya, Yunanıstan mübarizə aparacaq.
2-ci yarımfinalda (10 may) Avstraliya, Danimarka, Gürcüstan, İsveç, Latviya, Macarıstan, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, Ukrayna təmsilçiləri çıxış edəcək.
Hər yarımfinaldan 10 iştirakçı finala (12 may) adlayacaq. Ev sahibi Portuqaliya ilə yanaşı Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya finala birbaşa vəsiqə alıblar.