Martın 2-də prezident İlham Əliyev Bakının Xətai rayonundakı Respublika Narkoloji Mərkəzinə baş çəkib.
Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına görə, martın 2-si saat 06:10-da Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı birmərtəbəli korpusunda yanğın baş verib. Hadisədə 25 nəfər həlak olub.
AZƏRTAC bildirir ki, prezident hadisənin baş verdiyi ərazidə vəziyyətlə tanış olub. Aidiyyəti qurumların rəhbərləri ona yanğının başvermə səbəbləri və nəticələri barədə məlumat veriblər.
Dövlət başçısı hadisənin nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar qoyub. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.
Hadisə barədə digər materiallar:
Bakıda yanğın
25 nəfər həlak olub
Prezident yanğın ərazisində – FOTOLAR
Narkoloji Mərkəzdə yanğın: dövlət komissiyası yaradıldı