• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qaçmaq – stresdən və huşsuzluqdan

  • 01 Mart 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualXəbər

Fiziki fəallıq, əsasən də qaçmaq stress vəziyyətində olan adamın yaddaş mexanizmini qorumağa kömək edir. Novator.az-ın məlumatına görə, ABŞ-ın Briqam Yanq Universitetinin tədqiqatçıları bu qənaətdədirlər.

Alimlərin “Neuroscience” jurnalında dərc etdirdikləri müştərək məqalədə deyilir ki, insan beynində yaddaşa cavabdeh hissə – hippokampus mövcuddur. Neyronlar arasında əlaqə artanda hippokampusda informasiyanın yadda saxlanması prosesi yaxşılaşır. Xroniki və ya sadəcə uzunmüddətli stress isə bu əlaqəni zəiflətməklə yaddaşa pis təsir göstərir.

Qaçmağın yaddaş mexanizmi ilə bağlılığı haqda nəzəriyyəni təsdiqləmək üçün alimlər siçovullar üzərində eksperiment keçiriblər. Siçovulların bir qrupu fəal hərəkətdə olub, ikinci qrup isə oturaq həyat tərzi keçirib. Sonra hər iki qrupdakı siçovullar stress vəziyyətinə gətirilib və onların beynində hippokampusun vəziyyəti izlənib.

Bioloqlar müəyyən ediblər ki, ora-bura çox qaçan siçovulların hippokampusunda neyron əlaqəsi daha yüksək səviyyədə olub. Həmin siçovullar maneələri təkrar keçəndə daha az səhvə yol veriblər ki, bu da onların maneələri yaxşı yadda saxlamasının nəticəsidir.

Yaddaşı gücləndirmək, nəyisə öyrənəndə onu daha yaxşı mənimsəmək üçün stress keçirməmək və hərəkətdə olmaq lazımdır. Həyatda stresə nəzarət etmək mümkün olmasa da, fiziki fəallıq tələbinə əməl etmək mümkündür.

Mütəxəssislərin fikrincə, insan sadəcə küçəyə çıxmaq və qaçmaqla stresin beyinə mənfi təsiri ilə mübarizə apara bilər.

Səidə Hüseynova

Putin ən yaxın rəqibi 60%-dən çox qabaqlayır

  • 01 Mart 2018
  • comments

“Kütləvi çıxarış” Sumqayıtda

  • 01 Mart 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Elm
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda