Neçə müəllimin maaşı artır?
- 01 Mart 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Təhsil Nazirliyi prezidentin 28 fevral sərəncamı ilə bağlı açıqlama yayıb. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazirlik bildirir ki, artım orta hesabla 240 minədək təhsil işçisinə şamil edilir.
2014-cü ildən ölkə üzrə ümumilikdə 140 minədək müəllim diaqnostik qiymətləndirmədən keçib. Həmin müəllimlərin əmək haqları artırılıb.