• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-dan Azərbaycan bəyanatları

  • 28 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Pensilvaniya ştatından konqresmen Bill Şuster (respublikaçı) və Tennessidən Stiv Kohen (demokrat) 20 Yanvar faciəsinin 28-ci, Xocalı qırğınının 26-cı ildönümü ilə bağlı ayrı-ayrılıqda bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, Bill Şuster bəyanatında sovet imperiyası rejimi əleyhinə qiyamın susdurulması məqsədilə 1990-cı il yanvarın 20-də Bakıya ordu yeridildiyini bildirib. O vurğulayıb ki, imperiyanın silahlı qüvvələri mülki əhaliyə, xüsusilə qadın və uşaqlara atəş açıb, xəstəxanaları və təcili yardım maşınlarını gülləyə tutub: “Nəticədə 147 nəfər ölüb, 744 nəfər yaralanıb, 800-dən çox insan qanunsuz həbs olunub, naməlum sayda insan itkin düşüb. Lakin bütün bunlar Azərbaycan xalqının iradəsini qıra bilməyib və ölkə dövlət müstəqilliyini bərpa edib”.

Bəyanatda həmçinin 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini blokadaya aldığı, yüzlərlə qadın, uşaq və qocanın amansızcasına qətlə yetirildiyi, mindən çox insanın əsir düşdüyü qeyd edilib, Xocalı faciəsinin Dağlıq Qarabağ münaqişəsi dövründə törədilmiş ən böyük qətliam olduğu vurğulanıb.

Stiv Kohenin bəyanatında Azərbaycanda milli istiqlal hərəkatını boğmaq məqsədilə 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakı şəhərinə yeridildiyi, dinc əhaliyə atəş açıldığı, tibb müəssisələri daxil olmaqla mühüm infrastrukturun dağıdıldığı vurğulanıb, konkret faktlar göstərilib. Konqresmen “Human Rights Watch” təşkilatının hesabatına istinadla həmin hadisəni sovet imperiyasının kollektiv cəza üsulu və SSRİ-yə daxil olan digər respublikalardakı müstəqillik hərəkatları üçün xəbərdarlıq kimi qiymətləndirib.

Stiv Kohen Xocalı şəhərinə 1992-ci fevralın 26-na keçən gecə erməni silahlı qüvvələrinin hücum etdiyini, 613-dən çox dinc sakinin vəhşicəsinə öldürüldüyünü qeyd edib, yüzdən çox insanın işgəncələr nəticəsində şikəst olduğunu, yüzdən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, ən azı 8 ailənin tamamilə məhv edildiyini bildirib.

“Bir ay ərzində torpaqlarımızı azad etmək gücündəy...

  • 28 Fevral 2018
  • comments

Məzənnələr fevralı yola saldı

  • 28 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda