• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident: “Bunu heç vaxt unutmayacağıq”

  • 27 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

“Bu faciənin təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır”. Prezident İlham Əliyev “Rossiya 24” telekanalına müsahibəsində belə deyib.

Müsahibə fevralın 26-da telekanalın Xocalı soyqırımı ilə əlaqədar reportajında yer alıb. Bakıdakı Xocalı soyqırımı abidəsini ziyarət edən prezidentlə görüşən müxbir ondan nə hisslər keçirdiyini soruşub.

İlham Əliyev deyib: “Bu gün Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biridir, azərbaycanlıların soyqırımı günüdür. Azərbaycan xalqı bu günü həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq. Ermənistan 26 il əvvəl azərbaycanlılara qarşı soyqırımı törədib. 613 dinc sakin öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaqdır. 1200-dən çox dinc sakin əsir düşüb və işgəncələrə məruz qalıb, 500-ə qədər insan əlil olub.

150 dinc sakin barədə isə heç bir məlumat yoxdur. Onlar itkin düşmüş sayılırlar, amma onların öldürüldüyü ehtimalı daha çoxdur. Həmin müdhiş gün, həmin qanlı faciə barədə çox sayda video, foto materiallar, möcüzə nəticəsində sağ qalmış insanların şahidliyi var. Bu, erməni faşizminin təzahürü idi. Bu, vəhşiliyin təzahürü idi.

Dünyada “Xocalıya ədalət!” kampaniyası genişlənir. Bu günlər dünyanın bir çox ölkəsində matəm tədbirləri keçirilir. Azərbaycanın diaspor təşkilatları, ictimaiyyət dəyirmi masalar, təqdimatlar, sərgilər keçirir, bütün foto və video sənədlər bu böyük faciə haqqında şahidlik edir. Biz bunu xatırlayırıq. Bunu heç vaxt unutmayacağıq. Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır.

Siz mənim bu matəm gününü hansı hisslərlə qarşıladığımı soruşdunuz – hər bir azərbaycanlının keçirdiyi hisslərlə, günahsız öldürülənlərə görə dərd, kədər, qurbanlara görə ağrı hissi, eyni zamanda ölkəmizi möhkəmləndirmək qətiyyəti ilə. Azərbaycan xalqının gələcəkdə heç vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi potensialını möhkəmləndirməliyik”.

Sükut dəqiqəsi

  • 26 Fevral 2018
  • comments

Neft-qaz ehtiyatlarının kəşfiyyatına 26,4 milyon m...

  • 27 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Santuşu göndərdilər

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Amerika nə satın alınacaq, nə də…” – “Foks Nyus”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Məğlubiyyət baş yeyir

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Neft koalisiyasında yeni normalar

GLOBALS:0

Tags

  • Anım
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Santuşu göndərdilər

Son materiallar

comments
Xəbər

Santuşu göndərdilər

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Amerika nə satın alınacaq, nə də…” – “Foks Nyus”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Məğlubiyyət baş yeyir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda