• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AXCP üzvü həbs olunub

  • 27 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

AXCP üzvü, Astara rayon sakini Tofiq Məmmədov inzibati həbs cəzası alıb.

Yasamal Rayon Məhkəməsi onu ictimai qaydanı pozmaqda və polisə müqavimət göstərməkdə təqsirli bilərək 15 sutka müddətinə azadlıqdan məhrum edib.

“Azadlıq” radiosu xəbər verir ki, bir neçə gün öncə sosial şəbəkələrdə Tofiq Məmmədovun polis əməkdaşlarından şikayəti yayılmışdı. O bildirirdi ki, metro çıxışlarında limon satmaqla ailəsini dolandırmağa çalışır, polislər isə buna imkan vermir, zorakılıq edirlər: “Mənə deyirlər ki, get, nə istəyirsən elə, lap narkotik sat, amma limon satma, küçə ticarəti qadağandır”.

Fevralın 22-də Tofiq Məmmədov “Kanal-13” internet televiziyasına bildirmişdi ki, polislərlə bağlı şikayətindən sonra təzyiqlərlə üzləşib: “Ailədə 8 nəfər mənim əlimə baxır. Bir limonun satışından mənə 3 qəpik qalır. Əgər deyildiyi kimi, Azərbaycanda milyonlarla iş yeri açılsaydı, mən əlimdə limon satardımmı? Mənə iş versinlər, heç “İnşaatçılar”a ayaq basmaram”.

Tofiq Məmmədov “Kanal-13”dəki müsahibəsi yayılandan bir gün sonra – fevralın 23-də həbs olunub.

AXCP Tofiq Məmmədovun Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarından şikayətinə görə cəzalandırıldığını iddia edir. Partiyanın mətbuat xidmətindən bildirilib ki, Tofiq Məmmədov polis əməkdaşlarının, idarə rəisinin sürücüsünün ona qarşı özbaşınalığını ictimailəşdirdiyi üçün cəzalandırılıb.

Tofiq Məmmədov 2017-ci il oktyabrın 7-də Milli Şuranın paytaxtda keçirdiyi mitinqdə iştirakından sonra saxlanmış, ona 200 manat cərimə cəzası kəsilmişdi. Bundan bir neçə gün sonra atası Oruc Məmmədova 10 sutka inzibati həbs cəzası verilmişdi. O zaman Tofiq Məmmədov deyirdi ki, müxalifətin aksiyalarında iştirakına görə onun atasını cəzalandırırlar: “Atam 2012-ci ildən YAP-ın üzvüdür. Milli Şuranın mitinqlərində mənim iştirakıma görə özümü cərimələməklə kifayətlənməyib, atamı da saxlayıblar”.

Mingəçevir Su Elektrik Stansiyası yenilənib

  • 27 Fevral 2018
  • comments

Su təchizatı sistemi istismara verilib

  • 27 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda