• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsmi iddiaçıların sayı 15-ə yüksəlib

  • 26 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezidentliyə rəsmi iddiaçıların sayı 15-ə yüksəlib. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası Vətəndaş və İnkişaf Partiyasından Əli Əliyevin, Azərbaycan Demokrat Partiyasından Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Qərarlar fevralın 24-də qəbul olunub.

2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Başqa bir yenilik prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasıdır.

Mərkəzi Seçki Komissiyası daha əvvəl 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyən qərarlar çıxarıb. İddiaçıların 6-sı müstəqil namizəddir: deputat Zahid Oruc, Tural Abbaslı, Anar Umudov, Asif Məmmədov, Elşən Həsənov, Ramazan Bəkirov.

Yeni Azərbaycan Partiyasından prezident İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Liberal Demokrat Partiyasından Fuad Əliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev namizəd göstərilib.

Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplanmalıdır. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza yığmaq tələb edilir. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

Yeni Azərbaycan Partiyası İlham Əliyevin imza kampaniyasını ötən həftə başa çatdırıb.

Seymur Kazimov

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

  • 24 Fevral 2018
  • comments
Prezident

Yeni artımların detalları

  • 26 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda