• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Akif Nağı MSK-dan cavab gözləyir

  • 26 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

11 aprel prezident seçkisində iştirak üçün Mərkəzi Seçki Komissiyasına üz tutan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı müraciətinə cavab gözləyir. Fevralın 26-da Novator.az-a danışan Akif Nağı bildirib ki, namizədlik sənədlərini MSK-ya fevralın 19-da təqdim edib: “Qanunla MSK 5 gün ərzində müraciəti araşdırıb rəsmi cavab verməlidir. Müddət ötüb, amma 3 gündür sənədlərimi təqdim etdiyim şöbəyə ardıcıl müraciətimə baxmayaraq məlumat ala bilmirəm”.

Akif Nağı 1957-ci ildə Ağdam rayonunun Papravənd kəndində doğulub. Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Uzun illər Texniki Universitetin müəllimi olub. Tarix elmləri namizədidir.

1993-cü ildən Qarabağ Azadlıq Hərəkatının İdarə Heyətinin üzvü, sonra həmsədri postlarını tutub. 2000-ci ildən Qarabağ Azadlıq Təşkilatının sədridir.

Bu günə qədər MSK 11 aprel prezident seçkisinə qatılan 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Yeni Azərbaycan Partiyasından prezident İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Liberal Demokrat Partiyasından Fuad Əliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, Vətəndaş və İnkişaf Partiyasından Əli Əliyev, Azərbaycan Demokrat Partiyasından Sərdar Cəlaloğlu namizəd göstərilib.

“Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev prezidentliyə iddia edir.

İddiaçıların 6-sı müstəqil namizəddir: deputat Zahid Oruc, Tural Abbaslı, Anar Umudov, Asif Məmmədov, Elşən Həsənov, Ramazan Bəkirov.

2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Başqa bir yenilik prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasıdır.

Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplanmalıdır. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza yığmaq tələb edilir. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

Yeni Azərbaycan Partiyası İlham Əliyevin imza kampaniyasını ötən həftə başa çatdırıb.

Hakim fraksiya Sərkisyanın namizədliyini rəsmiləşd...

  • 26 Fevral 2018
  • comments
Aynur Mesimova Temkin

Eşq və xəyanət (19)

  • 26 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda