• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zabil Müqabiloğlunun oğlu: “Atasız yaşamaq çox pisdir”

  • 23 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in AktualVideo

5 il ölümlə çarpışan jurnalist Zabil Müqabiloğlu artıq bir ildir ki, aramızda yoxdur. Uzun müddət qaraciyər sirrozundan əziyyət çəkən Zabil sonda ölümə məğlub oldu.

Jurnalistin 13 yaşlı oğlu Əli deyir ki, həyatının qəhrəmanını, dayağını itirib. Çünki atasız ona çox çətindir: “Darıxıram. Həmişə zəng vururdum, hal-əhval tuturduq, gəlib məni götürürdü, amma indi bir boşluq var. Atamın həyatımda çox böyük önəmi vardı, onunla birlikdə çox xatirələrim olub. Onsuz yaşamaq çox pisdir”.

Əli deyir ki, atası sanki ömrünün qısa olacağını bilirmiş. Bu, Zabilin yazdığı hekayələrdən, şeirlərdən hiss olunurdu, çünki əksəriyyətinin sonluğu ölümlə bitirdi. Təsadüfdən, ya nədənsə sonuncu hekayəsini də “Son zəng” adlandırmışdı.

Jurnalistin bacısı Sevinc Fərhadova deyir ki, Zabilin yarımçıq ömrünü, arzularını, xatirəsini daim yaşatmaq üçün onun yazdığı hekayələrdən ibarət kitab çapa hazırlanır: “Zabilin son hekayəsi “Son zəng” olub. Elə kitabın adı da bununla bağlı olacaq. Kitabda Zabilin xarici səfərlərdə çəkdirdiyi şəkilləri, seir və hekayələri, dostlarının xatirə yazıları yer alıb”.

Zabilin yarımçıq hekayələri də qalıb – ömür onları bitirməyə vəfa etməyib: “APA TV-yə çox təşəkkür edirəm, Vüsalə Mahirqızına təşəkkür edirəm. APA TV kollektivi Zabili heç vaxt unutmayıb, onun anım mərasimində, tədbirlərdə hər zaman bizə dəstək olub”.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatda çalışıb. “525-ci qəzet”də, “Avropa”, “Tərcüman”, “Yeni Müsavat” qəzetlərində işləyib. Son iş yeri təsisçisi olduğu Gunxeber.com saytı olub.

Zabil Müqabiloğlu 2017-ci il fevralın 26-da vəfat edib.

Zabil Müqabiloğlunun “Sonuncu zəng” yazısı

Zabildən qalan baməzə söhbətlər…

Bir Zabil Müqabiloğlu vardı…

Zabil Müqabiloğlunun kitabı nəşrə hazırlanır

“Avroviziya 2018”: 27 iştirakçı bəllidir

  • 23 Fevral 2018
  • comments

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradı...

  • 23 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0

Tags

  • Media

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

Son materiallar

comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda