• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vəkillik sərəncamında nələr var?

  • 23 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlərə sərəncam verib. Novator.az-ın məlumatına görə, fevralın 22-də imzalanan sərəncamla Nazirlər Kabinetinə iki ay müddətində Vəkillər Kollegiyasını Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görmək tapşırılıb.

Hökumət həmçinin Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlər görməlidir.

Nazirlər Kabinetinə dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasını təmin etmək, Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görmək, o cümlədən kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter avadanlığının və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsait ayırmaq həvalə olunub.

Sərəncamda Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratmaq; regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirmək; aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etmək kimi tövsiyələr də yer alır.

Qanunvericiliyə edilmiş dəyişikliklə bu ildən fiziki şəxslərin məhkəmə proseslərinə nümayəndə kimi çıxması məhdudlaşdırılıb. Ali Məhkəmədə nümayəndənin iştirakı tam yasaqlanıb. Birinci instansiya və apellyasiya məhkəmələrində hüquqi şəxslərin adından prosessual hərəkətləri əsas iş yeri həmin orqan olan işçi həyata keçirə bilir. Fiziki şəxsin isə yalnız yaxın qohumuna qanuni nümayəndə kimi iştirak icazəsi veriləcək. Yaxın qohum dedikdə babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr nəzərdə tutulur.

Nümayəndəlik institutu məhdudlaşdırıldığına görə ölkədə vəkillərin sayının artırılmasına zərurət yaranıb.

Korrupsiya Qavrama İndeksi: Azərbaycan 180 ölkə ar...

  • 22 Fevral 2018
  • comments

Son artımlar

  • 23 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda