• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

YAP 125 dairədə imza yığıb

  • 21 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Yeni Azərbaycan Partiyası prezidentliyə namizəd irəli sürdüyü dövlət başçısı İlham Əliyevin imza kampaniyasını başa çatdırıb. Fevralın 22-də yayılan rəsmi məlumata görə, Seçki Məcəlləsi prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan seçici imzası (60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza) tələb edir: “Yeni Azərbaycan Partiyası mövcud 125 dairənin hər birinin ərazisində imza toplayıb. İcra Katibliyində toplanmış imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək”.

2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi.

Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Başqa bir yenilik prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasıdır.

Yeni Azərbaycan Partiyası İlham Əliyevi fevralın 8-i Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən VI qurultayında namizəd irəli sürüb.

Novator.az bildirir ki, İlham Əliyev 1961-ci il dekabrın 24-ü Bakı şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil müəssisəsinin aspiranturasını bitirib, orada müəllim işləyib.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışan İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti olub.

1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilib. Həmin ilin oktyabr ayından Azərbaycanın prezidentidir.

2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.

İlham Əliyevin atası Heydər Əliyev 1969-1982-ci (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) və 1993-2003-cü illərdə (əvvəl Milli Məclisin sədri, sonra prezident) Azərbaycana rəhbərlik edib.

11 aprel 2018-ci ildə Azərbaycan 9-cu dəfə prezident seçəcək.

1990-cı ildə prezidentlik institutu təsis olunanda ilk prezident – Ayaz Mütəllibov – parlamentdə seçilib.

Azərbaycanda ümumxalq səsverməsi ilə ilk prezident seçkisi isə 1991-ci il sentyabrın 8-də keçirilib. Həmin seçkidə dövlət başçısı Ayaz Mütəllibov qalib gəlib.

Ayaz Mütəllibov istefa verdiyi üçün 1992-ci il iyunun 7-də növbədənkənar prezident seçkisi keçirilib. Bu seçkidən Əbülfəz Elçibəy qalib çıxıb.

1993-cü ildə Əbülfəz Elçibəy istefaya göndərilib. Həmin il oktyabrın 3-də keçirilən növbədənkənar seçkidə Heydər Əliyev dövlət başçısı seçilib.

1998-ci il oktyabrın 11-də keçirilən növbəti seçkidə Heydər Əliyev yenidən prezident olub.

Sonrakı üç seçkidə – 2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də və 2013-cü il oktyabrın 9-da İlham Əliyev prezident seçilib.

“Kütləvi çıxarış” cəbhə bölgəsinə baş çəkib

  • 21 Fevral 2018
  • comments

Ukrayna Konstitusiya Məhkəməsində yeni sədr

  • 21 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda