• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Serdar Celaloglu

Sərdar Cəlaloğlunun sənədləri hazırdır

  • 21 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 11 aprel prezident seçkisində iştirak üçün Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Fevralın 21-də Novator.az-a danışan Sərdar Cəlaloğlu bildirib ki, bütün hazırlıqlar görülüb və MSK-ya təqdim olunası sənədlər qaydasındadır.

Demokrat Partiyasının İdarə Heyəti Sərdar Cəlaloğlunu fevralın 20-də prezidentliyə namizəd irəli sürüb.

Sərdar Cəlaloğlu 1954-cü ildə anadan olub. Tibb Universitetini bitirib. Siyasi fəaliyyətə milli azadlıq hərəkatı dalğasında başlayıb. Demokrat Partiyasının qurucusudur. 1991-1994-cü illərdə ADP təşkilat komitəsinin sədri, 1994-1996-cı illərdə partiyanın sədri, 1996-2005-ci illərdə baş katibi, 2005-2007-ci illərdə partiya sədrinin birinci müavini olub. 2007-ci ildən yenidən partiya sədridir.

2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Başqa bir yenilik prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasıdır.

Mərkəzi Seçki Komissiyası indiyədək 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. İddiaçıların 6-sı müstəqil namizəddir: deputat Zahid Oruc, Tural Abbaslı, Anar Umudov, Asif Məmmədov, Elşən Həsənov, Ramazan Bəkirov.

Yeni Azərbaycan Partiyasından prezident İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Liberal Demokrat Partiyasından Fuad Əliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev namizəd göstərilib.

Ukrayna Konstitusiya Məhkəməsində yeni sədr

  • 21 Fevral 2018
  • comments
Qiyas İbrahimov_Hesen İbrahimov

İbrahimovların cəzası qüvvədə qaldı

  • 21 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda