• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Orduya qəbul elanı

  • 21 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə rəsmi müraciət ünvanlanıb. Müdafiə Nazirliyi bildirir ki, müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olanlar (ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər) martın 1-dən 20-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına üz tuta bilərlər.

Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının hərbi xidmətə yararlı hesab etdiyi şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər qəbul komissiyalarına bu sənədləri təqdim etməlidir: kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə); şəxsən yazılmış tərcümeyi-hal – əlyazma ilə 1 nüsxədə; xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə; doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti – 2 nüsxədə; şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə; nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə; uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 2 nüsxədə; evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə; 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə); qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış; hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə; məhkumluğun olub-olmaması barədə qeydiyyatda olduğu rayon polis idarəsinin (şöbə, bölmə) verdiyi arayış.

Dövlət Qulluğunu İdarəetmə Şurasına təyinatlar

  • 21 Fevral 2018
  • comments

Ekoloji yoxlamaların nəticələri açıqlanıb

  • 21 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda