Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın qrafikası əsasında yeni əlifbanı təsdiqləyən qanun imzalayıb. Novator.az-ın məlumatına görə, yeni əlifba 32 hərfdən ibarətdir (2-si hərf birləşməsidir).
Nursultan Nazarbayev latın qrafikası əsasında yeni əlifbaya keçid fərmanını 2017-ci ilin oktyabrında imzalayıb. Fərman ölkənin 2025-ci ilədək mərhələ-mərhələ yeni əlifbaya keçidini nəzərdə tutur.
Qazaxıstan hazırda kiril əlifbasından istifadə edir. 1929-cu ilədək Qazaxıstan ərəb əlifbasını, 1929-1940-cı illərdə latın əlifbasını işlədib.